EN

Əvvəllər geyimlərim müzakirə olunurdu, indi istəyirəm başqa tərəflərim danışılsın

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin qalmaqallı gənc ulduzlarından olan Aleyna Tilki həm yaradıcılığında, həm də şəxsi həyatında yeni mərhələyə qədəm qoyduğunu elan edib. Uzun müddətdir sükutu ilə diqqət çəkən ifaçı bu səssizliyin səbəbini və keçirdiyi daxili transformasiyanı səmimi şəkildə pərəstişkarları ilə  bölüşüb.Demokrat.az xəbər verir ki, karyerasının ilk illərindən bəri hər addımı ilə gündəm olan Aleyna keçmişi ilə bütün əlaqələrini qopardığını vurğulayıb. O, daxilindəki böyük dəyişikliyi bu sözlərlə ifadə edib:"Mən köhnə Aleynanı öldürdüm. İndi içimdən tamamilə fərqli qadın çıxdı. Keçmişdəki o gənc qız artıq yoxdur, mən o obrazla vidalaşmışam."Müğənninin bu sözləri onun həm musiqi üslubunda, həm də imicində ciddi yeniliklərin xəbərçisi kimi qiymətləndirilir.Aleyna Tilki şou-biznesdəki mövqeyi və ona qarşı olan təzyiqlər barədə də danışıb. O, azadlığının hər şeydən üstün olduğunu və öz yolunu özü çəkdiyini qeyd edib:"Məni kimsə qəliblərə sala və ya idarə edə bilməz. Mən öz həqiqətimi yaşayıram və musiqimi də bu yeni ruh halımla davam etdirəcəyəm."İfaçı bildirib ki, bu "ölüm" əslində yenidən doğuşdur. Yeni mahnıları üzərində işləyən Tilki, dinləyicilərinə tamamilə fərqli enerji təqdim edəcəyini vədi verib. O, daxili dünyasındakı bu təlatümlərin yaradıcılığına müsbət təsir etdiyini və daha dərin mənalı əsərlər ərsəyə gətirəcəyini vurğulayıb.Xatırladaq ki, Aleyna Tilki çıxdığı ilk gündən bəri həm uğurları, həm də qalmaqallı açıqlamaları ilə Türkiyə və Azərbaycan mediasının diqqət mərkəzindədir. Onun "Köhnə Aleynanı öldürdüm" çıxışı isə ulduzun karyerasında yeni bir eranın başlanğıcı kimi qəbul olunur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
demokrat.az

1Sources