EN

Şakira konsertinin hazırlığı zamanı FACİƏ YAŞANDI

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Braziliyada dünyaşöhrətli kolumbiyalı müğənni Şakiranın konsertinə hazırlıq zamanı faciəvi hadisə baş verib. Bakıvaxtı.az “Lefigaro.fr”ə istinadən xəbər verir ki, hadisə aprelin 26-da Rio de Janeyro şəhərində, Kopakabana çimərliyində səhnənin quraşdırılması zamanı qeydə alınıb. İlkin məlumata görə, texnik səhnə avadanlığının qaldırılması prosesi zamanı mexanizmdə sıxılıb və ağır xəsarətlər alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, konsertin yaxın günlərdə keçirilməsi planlaşdırılır və tədbirə milyonlarla tamaşaçının qatılacağı gözlənilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
bakivaxti.az

2Sources