EN

WP atışma baş verən qəbulda təhlükəsizliklə bağlı çatışmazlıqları açıqlayıb

ABŞ administrasiyası atışma qeydə alınan "Washington Hilton" otelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirində maksimal mühafizə səviyyəsini təşkil etməyib.

"Far.Az" xəbər verir ki, bu iddia ilə ABŞ administrasiyasındakı məlumatlı mənbələrə istinadən "The Washington Post" (WP) qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, dövlət başçısının və onun kabinet nümayəndələrinin iştirak etdiyi tədbirlər bir qayda olaraq müvafiq mühafizə təşkili səviyyəsinə malik xüsusi əhəmiyyətli tədbirlər kateqoriyasına aid edilir. Bununla belə, "Washington Hilton" otelindəki qəbula federal resursları tam həcmdə cəlb etməyə imkan tanıyacaq status verilməyib.

Qəzetin həmsöhbətləri qeyd ediblər ki, administrasiya yüksək vəzifəli hökumət nümayəndələrinin iştirak etdiyi digər tədbirlərlə müqayisədə bu tədbirdə "daha aşağı səviyyəli mühafizə" təmin edib və bununla da faktiki olaraq "ölkəni son dərəcə həssas vəziyyətə salıb".

Qəbulda ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampdan başqa, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqonun rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel, eləcə də ABŞ administrasiyasının bir sıra digər nazirləri və yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, "Washington Hilton" otelində Trampın iştirakı ilə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. ABŞ lideri, eləcə də vitse-prezident Cey Di Vens və onların həyat yoldaşları dərhal zaldan təxliyə ediliblər. Hücumda şübhəli bilinən şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb.

Chosen
40
far.az

1Sources