“Barselona”nın keçmiş yarımmüdafiəçisi və məşqçisi Xavi braziliyalı hücumçu Neymarın Kataloniya klubuna niyə qayıda bilmədiyi barədə danışıb
Publika.az xəbər verir ki, Xavi Romarionun “YouTube” kanalına verdiyi müsahibədə bildirib:
“Fürsət var idi, amma reallaşmadı. Bu, son dərəcə çətin maliyyə vəziyyətimizlə bağlı idi. Maliyyə feyr-pleyi bizi ciddi şəkildə məhdudlaşdırdı və əvvəlki dövrdən miras qalan əmək haqqı komandanı gücləndirmək planlarımıza böyük təsir göstərdi.