EN

Goranboyda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.

İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.(Report)

Chosen
1
12
musavat.com

10Sources