EN

“Qalatasaray” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasında İstanbul derbisi “Qalatasaray”ın inamlı qələbəsi ilə başa çatıb.


Manset.az xəbər verir ki, “sarı-qırmızılar” öz meydanında “Fənərbaxça”nı 3:0 hesabı ilə məğlub edib.

Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.

    Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

    “Fənərbaxça” isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

    Chosen
    25
    7
    manset.az

    10Sources