EN

“Qalatasaray” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Türkiyə Super Liqasında XXXI turuda İstanbul derbisi “Qalatasaray”ın inamlı qələbəsi ilə başa çatıb.

Heftelik.az  xəbər verir ki, “sarı-qırmızılar” öz meydanında “Fənərbaxça”nı 3:0 hesabı ilə məğlub edib.

Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.

Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

“Fənərbaxça” isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. Aktivində 67 xalı olan “Fənərbaxça” isə ikinci pillədə qərarlaşıb.

Chosen
18
7
heftelik.az

10Sources