ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 aprel, AZƏRTAC
Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV minifutbol turnirinin finalçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, aprelin 26-da keçirilən ilk yarımfinal oyununda “Azərişıq” ASC Ədliyyə Nazirliyinə 1:0 hesabı ilə qalib gəlib. Digər yarımfinal görüşündə isə SOCAR Baş Prokurorluq komandasını 2 cavabsız qolla məğlub edib.
Turnirə mayın 7-də Bakı Tennis Akademiyasında yekun vurulacaq. Finalda “Azərişıq” ASC ilə SOCAR komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Ədliyyə Nazirliyi və Baş Prokurorluq kollektivləri üz-üzə gələcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.