EN

Azərbaycan nefti kəskin bahalaşdı

Dünya enerji bazarlarında neft qiymətlərində artım müşahidə olunur.Metbuat.az xəbər verir ki, qlobal bazarlarda əsas neft markaları yenidən bahalaşma trendinə keçib. Son göstəricilərə əsasən, Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 124,86 ABŞ dollarına çatıb ki, bu da sutka ərzində 1,57% artım deməkdir.Eyni zamanda, Brent markalı neft 105,33 dollar, ABŞ-ın WTI nefti isə 94,40 dollar səviyyəsində ticarət olunur.

Digər neft markalarında da artım qeydə alınıb. Ekspertlər qiymətlərin dinamikasının əsasən qlobal geosiyasi vəziyyətdən asılı olacağını bildirirlər.

Chosen
25
3
metbuat.az

4Sources