EN

"Arsenal" "Sportinq"in müdafiəçisi üçün danışıqlara başladı

Londonun "Arsenal" klubu yay transfer pəncərəsində sol cinah müdafiəsini gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, "Record PT"nin məlumatına görə, "topçular" "Sportinq"in üzvü Maksi Arauho üçün rəsmi təmaslara başlayıb.

Mikel Arteta inanır ki, komandadakı mövcud variantlar sol cinahda istənilən effekti vermir, ona görə də 26 yaşlı uruqvaylı oyunçu əsas hədəf seçilib.

Arauho bu mövsüm Portuqaliya təmsilçisinin heyətində 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Sportinq" futbolçu üçün minimum 60 milyon avro tələb edir, halbuki onun sərbəstqalma məbləği 80 milyon avrodur. Danışıqların ilkin mərhələdə olduğu və digər Premyer Liqa klublarının da oyunçu ilə maraqlandığı bildirilir.

Chosen
26
1
fanat.az

2Sources