EN

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub etdi

Azərbaycan Premyer Liqasında “Qarabağ” səfərdə “Neftçi” üzərində inamlı qələbə qazanıb.

 

Görüş 5:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

 

Musa Qurbanlı 9 və 32-ci dəqiqələrdə dubl edərək komandasını önə çıxarıb. Daha sonra Conatan Montiel 38-ci dəqiqədə fərqi artırıb.

 

İkinci hissədə “Qarabağ”ın üstünlüyü davam edib. Leandro Andrade 68-ci dəqiqədə dördüncü, Emmanuel Addai 90+3-cü dəqiqədə beşinci qolu vurub.

 

“Neftçi”nin yeganə qolunu isə 21-ci dəqiqədə Elvin Bədəlov vurub.

 

Apasport

Tarix: 26 Aprel 2026, 21:17   
Chosen
3
5
pravda.az

10Sources