EN

Tramp o yeri gizli saxlamaq istəyir

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Bu növ hadisələrin qarşısını almaq üçün hərbiləşdirilmiş tam məxfi  zal lazımdır".Demokrat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp iştirak etdiyi şam yeməyində baş verən atışmadan sonra "Truth Social" sosial şəbəkəsində yazıb."Hazırda Ağ Evdə inşa edilən, ali hərbi məxfilik statusuna malik zalımız olsaydı, belə bir hadisə heç vaxt baş verməzdi", — deyə siyasətçi bildirib.Amerika lideri obyektin tikintisinin mümkün qədər sürətlə aparılmasının vacibliyini qeyd edib.Atışma 25 aprel tarixində Vaşinqtonda, Trampın da iştirak etdiyi Ağ Ev Müxbirlər Assosiasiyasının qəbulu zamanı baş verib. Silahlı şəxs zala daxil olmağa cəhd edib və atəş açaraq bir Məxfi Xidmət əməkdaşını yaralayıb. Şübhəli şəxs hadisə yerində saxlanılıb, prezident xəsarət almayıb.Məlum olub ki, atəş açan şəxs 31 yaşlı video oyun tərtibatçısı və repetitor Koul Allendir. O, 2024-cü ildə "Ayın müəllimi" mükafatını alıb və Kamala Harrisin prezidentlik kampaniyasına ianə göndərib.Hadisədən sonra dünya liderləri Ağ Ev rəhbəri ilə həmrəy olduqlarını ifadə ediblər.  Leyla

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
demokrat.az

1Sources