EN

Peskov partiya sirrini açmadı: Bu, inanc kimidir

Kremlin sözçüsü Dmitri Peskov siyasi mənsubiyyəti ilə bağlı suala qeyri-adi cavab verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Dmitri Peskov partiya mənsubiyyətini açıqlamaqdan imtina edib və bunu “şəxsi məsələ” adlandırıb.

Kommersant-ın məlumatına görə, Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bu sualın ictimai xarakter daşımadığını bildirib.

Onun RLDP-nin (Jirinovskinin partiyası-red.) üzvü olub-olmaması barədə birbaşa suala isə Kremlin nümayəndəsi belə cavab verib: “Partiya mənsubiyyəti inanc kimidir, bu çox diskret məsələdir”.

Peskov daha əvvəl Vladimir Jirinovski barədə xatirələrini də bölüşmüşdü. O, 2022-ci ilin aprelində vəfat edən RLDP liderini unikal insan adlandıraraq, onun emosional və partlayış xarakterli üslubunun siyasətçini hamıdan fərqləndirdiyini söyləmişdi.

Bununla yanaşı, Peskov qeyd etmişdi ki, bir çoxları Jirinovskinin başqa tərəfini – geniş erudisiyasını və biliyini kifayət qədər tanımırdı.

Musavat.com

Chosen
30
musavat.com

1Sources