EN

İsrail Livandakı əməliyyatlarını genişləndirdi

ain.az, Bakivaxti saytına istinadən bildirir.

İsrail Müdafiə Ordusu Livan ərazisində “Hizbullah” təşkilatına məxsus silah anbarları, raket qurğuları və döyüş qruplarına qarşı zərbələr endirdiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, artilleriya və aviasiya zərbələri “Hizbullah” tərəfindən İsrailə və orduya qarşı istifadə olunan hərbi infrastruktura yönəlib. Hədəflər arasında İsrailə raket atəşinə hazırlaşan qruplar, doldurulmuş və atəşə hazır raket qurğuları, silah anbarları və digər hərbi obyektlər olub.

Bundan əlavə, ordunun məlumatına görə, hərbi obyekt daxilində olan silahlı qrup və motosikletlə hərəkət edən silahlı şəxs də zərbələrə məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
2
bakivaxti.az

3Sources