EN

Üç avtomobil toqquşdu

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ-2104" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Chosen
62
publika.az

1Sources