EN

“Türkiyə futboluna baxır və oradakı kimi şou yaratmağa çalışırlar” - Ayxan Abbasov hakimlikdən danışdı

ŞAMAXI, 26 aprel. TELEQRAF

“Tək Elvin Cəfərquliyevin yox, millidə olan futbolçular məni narahat edir. Biz yaxşı durumda deyilik. Digər legioner həyatı yaşayan milli oyunçularımız var ki, klublarında oynamırlar. Bu hal bizi narahat edir. Yayda vaxtımız olacaq. Ümumən bu durum bizi narahat etməyə bilməz”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

“Cahangir Fərəcullayevlə söhbətlərim çox olur, bu da onlardan biridir. Düzdür, hakimlərlə bağlı çox problemlər var. Amma burada klubların, medianın və hakimlərin də səhvi var. Bəzən Türkiyə futboluna baxır və oradakı kimi şou yaratmağa çalışırlar. Yəni boş yerə kiçik bir hadisəni çox şişirdirlər bəzən

Çox kobud səhvlər oldu, klubların haqqına girildi. Amma yaxşı hakimlərimiz var, onları silə bilmərik. Onlar da həyəcanlı olurlar. Hakimliyimizi yüksək səviyyəyə çatdırmalıyıq”.

Chosen
24
4
teleqraf.com

5Sources