Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı maddə ilə dolu yük maşınının partladılması nəticəsində həlak olub. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.