EN

Aprelin 27-də gözlənilən hava şəraitiAÇIQLANDI

Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq.  Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. 
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Chosen
24
49
ikisahil.az

10Sources