Mali müdafiə naziri Sadio Kamara öldürülüb.Metbuat.az xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb. Qeyd edilib ki, müdafiə naziri aprelin 25-də Katı hərbi bazasındakı iqamətgahı yaxınlığında partlayıcı yüklü yük avtomobilinin partladılması nəticəsində ölüb.Hələ ki, Sadio Kamaranın ölümü barədə rəsmi açıqlama verilməyib.