EN

Qorxunc araşdırma 2030 a qədər evlənməyə qız tapılmayacaq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yeni araşdırma dünya əhalisinin strukturunda ciddi dəyişikliklərin baş verdiyini üzə çıxarıb. Uzun illərdir davam edən "qadınların sayı kişilərdən çoxdur" fikri artıq keçmişdə qalır. Demokrat.az xəbər verir ki, "Max Planck Demoqrafik Araştırma İnstitutunun PNAS" jurnalında dərc olunan son hesabatına görə dünya sürətlə "kişiləşir".Mütəxəssislər 2024-cü ildən etibarən tarixi tendensiyanın tərsinə döndüyünü bildirirlər. Tədqiqatlar göstərir ki, 2030-cu ilə qədər əksər ölkələrdə kişilər qadınlara nisbətən daha az övlad sahibi olacaqlar. Bu dəyişikliyin əsas səbəblərindən biri kimi modern tibbin inkişafı və müharibələrin azalması nəticəsində kişilərin sağ qalma göstəricisinin yüksəlməsi qeyd olunur. Əvvəllər ağır iş şəraiti və münaqişələr kişi ölümünü artırırdısa, indi vəziyyət fərqlidir. Digər tərəfdən Çin və Hindistan kimi ölkələrdə uzun müddət kişi cinsindən olan uşaqlara üstünlük verilməsi təbii balansı 20 faiz civarında pozub.Demoqrafik balansın bu şəkildə dəyişməsi ciddi sosial fəsadlara yol aça bilər. Kişi sayının qadınlardan çox olması bir çox kişinin tərəfdaş tapa bilməməsi və "yalnız qalması" deməkdir. Elm adamları bu vəziyyətin cəmiyyətdə zorakılıq meyllərini, cinayət nisbətlərini və sosial gərginliyi artıra biləcəyi barədə xəbərdarlıq edirlər. Xüsusilə internet platformalarında qadın düşmənçiliyi yayan qrupların sayının artması bu böhranın ilkin siqnalları hesab olunur.Maraqlı məqamlardan biri də gənc nəsil arasındakı düşüncə fərqliliyidir. Sorğular göstərir ki, Z nəsli kişiləri gender bərabərliyi məsələsində əvvəlki nəsillərə nisbətən daha mühafizəkar mövqe tuturlar. Gənc kişilərin yarıdan çoxu qadınlar üçün tətbiq edilən bərabərlik siyasətinin artıq kişiləri əlverişsiz vəziyyətə saldığını düşünür. Bu tendensiya gələcəkdə həm ailə institutuna, həm də ümumi demoqrafik göstəricilərə birbaşa təsir edəcək.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources