EN

Netanyahu ABŞ dakı atışma ilə bağlı: Sara və mən şokdayıq

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünən gecə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi Sara və məni şoka saldı.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu özünün X səhifəsində yazıb.

“Prezident və birinci xanım sağ-salamat və güclü olduqlarına görə çox sevinirik. Yaralı polis məmuruna tam və tez bir zamanda sağalma arzulayırıq. ABŞ Məxfi Xidmətinə sürətli və qətiyyətli hərəkətlərinə görə təşəkkür edirik”, - o qeyd edib.

Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində atışma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceys Devid Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar. Silahlı şəxs saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
axar.az

1Sources