ABŞ və İran arasında təmaslar dalana dirənib.
İranın xarici işlər naziri Pakistandan heç bir nəticə əldə etmədən ayrılıb, ABŞ Prezidenti Donald Tramp isə danışıqlarda iştirak etməli olan nümayəndə heyətinin səfərini ləğv edib.
Tehran açıq şəkildə bəyan edib ki, ABŞ blokadanı aradan qaldırmayana qədər “təzyiq altında danışıqlar” aparılmayacaq.
Yaranmış çıxılmaz vəziyyət dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-la aparıcı neft ölkələrindən biri sayılan İranı açıq qarşıdurma mərhələsinə yaxınlaşdırır.
Bu gərginlik artıq enerji daşıyıcılarının qiymətlərinin son illərin ən yüksək həddinə çatmasına, inflyasiyanın güclənməsinə və qlobal iqtisadi artım perspektivlərinin pisləşməsinə səbəb olub.