İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində Tehranın təzyiq, təhdid və ya Hörmüz boğazının blokadası altında sülh danışıqlarında iştirak etməyəcəyini bildirib.
Bu barədə “Press TV“-nin “Telegram” kanalında məlumat verilir.
"Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı prezident Pezeşkian İranın təzyiq, təhdid və ya blokada altında danışıqlara girməyəcəyini təsdiqləyib", - məlumatda deyilir.
İran Prezidenti ABŞ ilə dialoqu bərpa etmək üçün bütün maneələri, o cümlədən Hörmüz boğazının blokadasını aradan qaldırmağı tövsiyə edib.
"Cebheinfo.az"