EN

KİV: Şübhəli şəxs Tramp administrasiyasının rəsmilərinə atəş açmaq istədiyini deyib

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin ilk ifadəsi məlum olub.

APA xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

lakin iki mənbə CBS News-a bildirib ki, 31 yaşlı Kol Tomas Allen saxlanıldıqdan sonra hüquq-mühafizə orqanlarına Tramp administrasiyasının rəsmilərinə atəş açmaq istədiyini deyib.

Qeyd edək ki, hələ şübhəlinin mümkün motivi barədə rəsmi məlumat açıqlamayıb.

Chosen
56
3
apa.az

4Sources