EN

Trampın tədbirində atəş açan şəxsdən ilk etiraf: Kimi öldürmək istəyib?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ağ Ev müxbirlərinin şam yeməyində baş verən atışmada şübhəli bilinən 31 yaşlı Kaliforniya sakini Koul Allen ABŞ Prezidenti Donald Trampın administrasiyasının üzvlərini güllələmək istədiyini etiraf edib.

“Cebheinfo.az” xəbər verir ki, bunu CBS News mənbələrə istinadən yazıb.

Media xəbərlərinə görə, hadisə zamanı ən azı beş-səkkiz atəş açılıb. Gecə saatlarında keçirilən mətbuat konfransında Kolumbiya dairəsindəki Metropoliten Polis Departamentinin rəisi vəzifəsini icra edən Ceff Kerroll şübhəlinin Vaşinqton Hilton otelində şam yeməyinin girişindəki təhlükəsizlik məntəqəsinə hücum etməyə cəhd edərkən ov tüfəngi, avtomat və bir neçə bıçaqla silahlandığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin xəsarət almadığını və müayinə üçün xəstəxanaya yerləşdirildiyini deyiblər.

Hadisədə Məxfi Xidmət zabiti yaralanıb, lakin o, güllə keçirməyən jiletlə qorunub və tezliklə sağalacağı gözlənilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və digər yüksək vəzifəli ABŞ rəsmiləri atəş açılması səbəbindən təcili olaraq mətbuat şam yeməyindən təxliyə ediliblər.

Şübhəli saxlanılıb və xəstəxanaya yerləşdirilib. Ona qarşı ittiham irəli sürülüb və bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.

Xəzər

“Cebheinfo.az” 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
29
cebheinfo.az

10Sources