EN

Zaur Kamal "Qayıdırıq" dedi, telekanal isə...

ARB TV-nin məşhur aparıcısı Zaur Kamal yenidən efirə qayıdır.

O, mayın 4-dən etibarən ARB TV-də yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Verilişin adı hələlik açıqlanmayıb.

Teleaparıcının “Həmin Zaur” layihəsi yeni adla efirə qayıdacaq.

Bu barədə Zaur Kamal faktı təsdiqləyib: “İnşallah, mayın 4-də efirə qayıdırıq. Proqram ARB TV-də yayımlanacaq.”

Qeyd edək ki, martın 18-dən etibarən “Həmin Zaur” və “Səni axtarıram” verilişləri dayandırılaraq efirdən qaldırılıb. 

ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva isə mövzuya münasibət bildirib. O, manset.az-a açıqlamasında "Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin"  sözlərini deyib.

Chosen
2
5
news365.az

10Sources