Yeni araşdırma göstərir ki, sağlamlığa yalnız çəki artımı faktı deyil, həm də onun hansı yaş dövründə baş verməsi ciddi təsir göstərir.
Ölkə.az xarici mediaya istinadla xəbər verir ki, erkən yetkinlik dövründə çəki artımı ölüm riski ilə daha sıx əlaqəlidir.
AraÅŸdırmaya görÉ™, 17–29 yaÅŸları arasında piylÉ™nmÉ™ inkiÅŸaf edÉ™n ÅŸÉ™xslÉ™rdÉ™, 60 yaşına qÉ™dÉ™r piylÉ™nmÉ™ yaÅŸamayanlarla müqayisÉ™dÉ™, müşahidÉ™ dövründÉ™ hÉ™r hansı sÉ™bÉ™bdÉ™n ölüm riski tÉ™xminÉ™n 70 faiz daha yüksÉ™k olub.
TÉ™dqiqat İsveçin Lund Universitetinin alimlÉ™ri tÉ™rÉ™findÉ™n aparılıb vÉ™ çəkinin dinamik izlÉ™nmÉ™sinÉ™ É™saslanıb. AraÅŸdırmada 600 mindÉ™n çox insanın mÉ™lumatları tÉ™hlil edilib vÉ™ yalnız 17–60 yaÅŸ aralığında É™n azı üç dÉ™fÉ™ çəki ölçmÉ™si qeydÉ™ alınmış iÅŸtirakçılar nÉ™zÉ™rÉ™ alınıb.
Alimlərin fikrincə, erkən yaşlarda artıq çəki ilə yaşamaq orqanizmdə uzunmüddətli bioloji stress yaradır. Bu isə bədənə əlavə yük salaraq erkən qocalmaya və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.
Tədqiqat çərçivəsində ümumi ölüm halları ilə yanaşı, ürək-damar xəstəlikləri, müxtəlif xərçəng növləri və 2-ci tip diabetlə bağlı ölüm halları da izlənilib. Nəticələr göstərib ki, istənilən yaşda yüksək çəki artımı ölüm riskini artırır, lakin əsas amil piylənmənin nə qədər müddət davam etməsidir.
Araşdırmada ölüm hallarının ən böyük hissəsinin ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insultla əlaqəli olduğu müəyyən edilib.(publika)