EN

İspaniyada attraksionun nasazlığı nəticəsində dörd nəfər xəsarət alıb

Bakı. Trend:

İspaniyanın Sevilya şəhərindəki yarmarkada katapult atışınınnasazlığı nəticəsində dörd nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti xəbərverib.

Məlumata əsasən, attraksion işləyərkən kabinəyə qoşulmuşkabellərdən biri qırılıb və nəticədə o, aşağı düşüb.

Bildirilib ki, hadisə nəticəsində ikisi uşaq olmaqla dörd nəfəryüngül xəsarət alıb.

Chosen
125
az.trend.az

1Sources