EN

İspaniyada attraksion nasazlığı nəticəsində 4 nəfər xəsarət alıb

BAKI, 26 aprel. TELEQRAF

İspaniyanın Sevilya şəhərində yarmarkada yerləşən katapult tipli attraksionun nasazlığı nəticəsində 4 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, attraksion işlədiyi zaman kabinə ilə bağlı olan troslardan biri qırılıb və nəticədə kabinə aşağı düşüb.

Hadisə nəticəsində dörd nəfər yüngül xəsarətlər alıb.

Chosen
127
teleqraf.com

1Sources