EN

KXDR də Ukrayna ilə müharibəyə həsr olunmuş muzey açılıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Koreyada Xalq Demokratik Respublikasında (KXDR) Ukrayna ilə müharibəyə həsr edilmiş muzey yaradılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin Pxenyana səfəri ilə bağlı Rusiya KİV-lərinin məlumatlarında bildirilir.

Məlumata görə, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin işgüzar səfərlə KXDR-ə gəlib və burada “xarici hərbi əməliyyatın qəhrəmanlarının döyüş şücaətləri” memorial kompleksi və muzeyinin açılış mərasimində iştirak edəcək. Bildirilir ki, bu kompleks Koreya əsgərlərinin Kursk vilayətinin “neonatsistlərdən azad edilməsində” göstərdiyi “cəsarətə” həsr olunub.

Volodin şimali koreyalı rəsmilərlə görüş zamanı KXDR hakimiyyətinə və xalqına “neonatsist işğalçılarla mübarizədə göstərdikləri köməyə görə” təşəkkürünü ifadə edib.

Məlumatlara əsasən, Pxenyan Rusiyaya milyonlarla artilleriya sursatı göndərib və bu tədarükün Rusiya ordusunun istifadə etdiyi ümumi sursatın 70 faizinə qədərini təşkil edə biləcəyi qeyd olunur. Göndərilən silah və yardımın ümumi dəyəri milyardlarla dollarla qiymətləndirilir və bildirilir ki, Rusiya bunun qarşılığını yalnız maliyyə ilə deyil, həm də hərbi texnologiyaların ötürülməsi ilə ödəyir.

Eyni zamanda, Şimali Koreya Rusiyaya əhəmiyyətli sayda hərbi kontingent də göndərib. Bu qüvvələrin Kursk vilayəti ərazisində döyüş əməliyyatlarında və Ukrayna ərazisinin atəşə tutulmasında birbaşa iştirak etdiyi iddia olunur. Müxtəlif qiymətləndirmələrə görə, cəbhədə 11–14 minə qədər şimali koreyalı hərbçi olub və ya hazırda da var, onlardan təxminən 6 mini həlak olub və ya yaralanıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
bizimyol.info

1Sources