EN

“Reuters”: Malinin ən böyük hərbi bazasında partlayışlar və atışma baş verib

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Malinin əsas hərbi bazası olan Kati yaxınlığında iki güclü partlayış və silah səsləri eşidilib

Paytaxt Bamako yaxınlığında yerləşən Malinin əsas hərbi bazası olan Kati yaxınlığında partlayışlar və silah səsləri eşidilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbə bildirib ki, paytaxt Bamako yaxınlığında yerləşən Malinin əsas hərbi bazası olan Kati yaxınlığında iki güclü partlayış və silah səsləri eşidilib.

Mənbənin məlumatına görə, əsgərlər hərbi obyektin yaxınlığındakı yolları bağlayıblar.

Agentlik qeyd edir ki, silahlı terrorçu qruplar paytaxt da daxil olmaqla, ölkə daxilində bir neçə obyektə hücum ediblər. Bamako Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
ayna.az

1Sources