EN

Pakistan və İran regionda sülh səylərini müzakirəETDİ

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülhün təmin olunmasına yönəlmiş səyləri müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin ofisi məlumat yayıb.

Bildirilib ki, təxminən 50 dəqiqə davam edən danışıqlarda tərəflər regiondakı mövcud vəziyyət və sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə ətraflı fikir mübadiləsi aparıblar.

Şərif həmçinin 11-12 aprel tarixlərində İslamabadda keçirilən danışıqlarda yüksəksəviyyəli İran nümayəndə heyətinin iştirakını çox müsbət qiymətləndirib.

Chosen
19
1
redaktor.az

5Sources