EN

İrandan XƏBƏRDARLIQ

Hörmüz boğazının dibindən keçən yeddi əsas internet kabelinin zədələnməsi bütün Fars körfəzi ölkələrini qlobal şəbəkəyə çıxışdan məhrum edə bilər.

Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentli məlumat yayıb.

Bildirilib ki, bölgədəki ərəb ölkələrinin internet asılılığının 90%-dən çoxunun məhz bu sualtı xətlərdən ibarət olması ehtimal olunan qəza zamanı rəqəmsal fəlakətə və milyardlarla dollar ziyana yol aça bilər.

Agentlik 2008-ci ildə Aralıq dənizində iki kabelin qırılması nəticəsində regionun trafikinin 70% azalmasını xatırladaraq, hazırkı risklərin miqyasının Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Oman üçün birjaların dayanması və maliyyə əməliyyatlarının iflic olması dərəcəsində ciddi olduğunu vurğulayıblar.

Məlumatda həmçinin qeyd olunub ki, İran internet trafikinin 60-70%-ni Türkiyə, Ermənistan və Azərbaycan vasitəsilə keçən quru marşrutları ilə təmin etdiyi üçün bu sahədə daha üstün vəziyyətdədir.

Chosen
65
1
publika.az

10Sources