EN

Yatmazdan əvvəl bir qədəh şərab yuxu gətirir?

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Axşam saatlarında qəbul edilən az miqdarda spirtli içkinin yuxuya kömək etməsi ilə bağlı geniş yayılmış fikirlər əslində reallığı əks etdirmir. Demokrat.az xəbər verir ki, bunu nevroloq Yuliya Prokofyeva deyib. O bildirib ki, bir qədəh şərabdan sonra yuxuya getmək sürətlənsə də, yuxunun keyfiyyəti kəskin şəkildə pisləşir. Səhər saatlarında insanın özünü yorğun və halsız hiss etməsinin əsas səbəbi də məhz budur.Spirtli içki yaddaşın möhkəmlənməsi və emosional tənzimləmə üçün həyati əhəmiyyət kəsb edən "sürətli yuxu" fazasını sıradan çıxarır. Gecənin ikinci yarısında alkoqolun bədəndə parçalanması nəticəsində yuxu daha kəsik-kəsik olur. Eyni zamanda orqanizmin susuzlaşması baş verir və boğaz əzələləri boşaldığı üçün xoruldama, hətta tənəffüsün dayanması halları daha da güclənir.Mütəxəssis həmçinin hər kəs üçün mütləq olan səkkiz saatlıq yuxu normasını da doğru hesab etmir. İnsanların istirahət ehtiyacı fərqlidir və yata bilmədiyi halda yataqda zorla qalmaq mənfi vərdişlərin yaranmasına səbəb ola bilər.Yuxu problemi olanlara melatomin tərkibli preparatlardan nəzarətsiz istifadə etməmək tövsiyə olunur. Adi yuxusuzluq hallarında bu vasitələrin səmərəsi aşağıdır, yüksək dozada qəbulu isə orqanizmin öz təbii hormon istehsalını poza bilər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
19
demokrat.az

10Sources