EN

Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazandı

BAKI, 25 aprel. TELEQRAF

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.

Teleqraf xəbər verir ki, o, Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevi 8:0 hesabı ilə məğlub edib.

Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.

Chosen
1
1
teleqraf.com

10Sources