EN

“Bayer” səfərdə “Köln”ü məğlub etdi

Almaniya Bundesliqasının 31-ci turunda “Köln” “Bayer Leverkuzen”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, "RheinEnergie" stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçı Robert Hartmann idarə edib.

“Əczaçılar”ın heyətində Patrik Şik 43-cü dəqiqədə penaltidən hesabı açıb, 52-ci dəqiqədə isə dublunu rəsmiləşdirib.

Ev sahibləri 78-ci dəqiqədə Jan-Luka Valdşmidt vasitəsilə fərqi azaltsalar da, bu, yekun nəticəyə təsir etməyib.

Bu nəticədən sonra “Köln” 31 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Bayer” isə 55 xalla 5-ci sırada yer alır.

Növbəti turda “Köln” 2 mayda səfərdə “Union Berlin” ilə qarşılaşacaq, “Bayer” isə həmin gün evdə “Leyptsiq”ı qəbul edəcək.

Chosen
22
23
90deqiqe.az

10Sources