“Qəbələ” 29-cu turda evdə “Araz-Naxçıvan”ın müqavimətini qıra bilmədi – 1:1.
Meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra jurnalistlərin suallarını cavabladı.
- İkinci hissəyə əsasən demək olar ki, 2 xal itirdik. Birinci hissə bir qədər əsəbi keçdi, gərgin oldu. Turnir cədvəlindəki vəziyyətimizə baxanda bu anlaşılandı. Hər oyun çox vacibdi. Müdafiədə yaxşı oynadıq, ancaq hücumların qurulmasında problemlər var idi. 2-ci hissədə tempi qoruduq, qol vəziyyətləri yaratdıq. Təəssüf ki, yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm, çox mübarizə apardılar, xarakter göstərdilər. Azarkeşlərin dəstəyi də bu gün çox vacib idi. Onlara təşəkkür edirəm.
- Turan Manafovla Paulo Quimbila hardadı, onların taleyi necə olacaq?
- Bu sualı rəhbərliyə versəz, daha yaxşı olar.
- Sona 4 tur qalır. Bu oyunlarda nə qədər xal qazanmağı planlaşdırırsız?
- Bu gün çoxları düşünürdü ki, “Araz-Naxçıvan” asan qələbə qazanacaq. Ancq oyunumuzla turnir cədvəlimizdəki yerimizə layiq olmadığımızı göstərdik.
- Prins Ovusunu niyə əvəzlədiz?
- Yorulmuşdu. Sona yaxın rəqibin heyətində yeni futbolçular çıxmışdı, rəqib bizi əks-hücumlarda tuta bilərdi. Prins Ovusunun yetərincə çoxlu səhvi oldu, futbolçu komandaya daha çox fayda verməyi düşünməlidi.
ORXAN