EN

“Sabah” “Gəncə”ni məğlub etdi

“Sabah” Azərbaycan Basketbol Liqasının finalına vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, Bakı klubu yarımfinalın ikinci görüşündə “Gəncə”ni səfərdə məğlub edib.

Gəncə İdman Sarayında keçirilən görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Bakı klubu ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.

Yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah “Neftçi” və “Abşeron Lions” arasında baş tutacaq.

Chosen
24
7
football-plus.az

8Sources