EN

​Zədəli futbolçunu oyundan çıxarmadı, cərimələndi

Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Arda Turan cəzalandırılıb. O, 20 min avro cərimə ödəyəcək. Metbuat.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib. Arda Turanın cəzalandırılmasına səbəb "Şaxtyor"un Konfrans Liqası çərçivəsində "AzAlkmaar"la oynadiğı matçın 5-ci dəqiqəsində zədələn braziliyalı futbolçu İsaque Silvanı 25-ci dəqiqəyə kimi əvəzləməməsi olub. UEFA futbolçunun səhhəti ilə baglı tibbi arayışla tanış olandan sonra belə bir qərar qəbul edib.

Arda Turanla yanaşı "Şaxtyor" klubu da 10 min avro cərimələnib

Chosen
36
metbuat.az

1Sources