"Sabah" Azərbaycan Basketbol Liqasının finalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi yarımfinalın ikinci görüşündə "Gəncə"ni səfərdə məğlub edib.
Gəncə İdman Sarayında keçirilən görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Bakı klubu ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.
Qeyd edək ki, yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah "Neftçi" və "Abşeron Lions" komandaları arasında baş tutacaq.
"Gəncə"dən ev qələbəsi
Millimiz Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycan çempionatında mövsümün oyunçusu açıqlandı
"Sabah"ın basketbolçusu Çempionlar Liqasının rəmzi komandasına seçilib
"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb