EN

Misir və Pakistan ABŞ–İran danışıqlarının davamını müzakirə edib



Misir və Pakistan ABŞ ilə İran arasında diplomatik yolun irəliləməsi istiqamətində məsləhətləşmələr aparıb. Misir Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ölkənin xarici işlər naziri Bədr Əbdülati pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı zamanı İran və ABŞ arasında diplomatik prosesin davam etdirilməsi yollarını müzakirə edib. Nazirlər bölgədə gərginliyin azaldılması və atəşkəsin möhkəmləndirilməsi üçün İran və ABŞ arasında danışıqların ikinci mərhələsinin keçirilməsinə ümid etdiklərini bildiriblər. İRADƏ
Chosen
72
baki-xeber.com

1Sources