Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan və Ukrayna arasında 1992-ci ildən əsası qoyulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir. Bu onilliklər ərzində prezidentlərin, eləcə də, hökumət baçılarının, parlament sədrlərinin, xarici işlər nazirlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərləri münasibətləri yüksək səviyyəyə qaldırıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci ilin yanvar ayında Ukraynaya işgüzar səfəri zamanı ayrı-ayrı sahələri əhatə edən mühüm sənədlər imzalanıb. Bundan başqa, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində də Azərbaycan və Ukrayna Prezidentlərinin görüşləri keçirilib. Bütün bunlar ölkələrimiz arasında dostluq xarakteri daşıyan münasibətlərin, uzunmüddətli müttəfiqlik əlaqələrinin olduğunu göstərir. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.