EN

Şəhid övladı imtahanda yüksək bal topladı

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Qax rayonunda buraxılış imtahanında ən yüksək nəticəni şəhid övladı topladı.

Modern.az xəbər verir ki, bu barədə Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyi Feysbuq hesabında paylaşım edib.

Bildirilib ki, XI sinif şagirdi Sənan Məmmədzadə imtahanda 285 bal toplayıb.

Məlumata görə, Sənan Məmmədzadə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun övladıdır.

Qeyd olunur ki, o, daha əvvəl IX sinif buraxılış imtahanında da 300 bal üzərindən 297,8 bal toplayaraq rayon birincisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
modern.az

2Sources