İran Prezidenti Məsud Pezeşkian vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.
APA xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, ölkənin düşmənləri İranın infrastrukturunu vurmaqda xalqı narazı salmağı məqsəd güdür.
“Xalq icazə verməməlidir ki, narazılıq yaransın”, - Pezeşkian qeyd edib.
O əlavə edib ki, “hələlik xalqın fədakarlığına ehtiyac yoxdur, amma istehlaka nəzarət edilməlidir”.