Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
AFFA 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, bu məsələ ilə bağlı Özbəkistan tərəfi ilə danışıqlar getdiyini vurğulayıb:
"AFFA olaraq final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq. Özbəkistanlı həmkarlarla danışıqlar davam edir".
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.