Suriya beynəlxalq ictimaiyyəti İsrailə təzyiq etməyə çağırıb.
“Cebheinfo.az” “Middle East Monitor”- ya istinadən xəbər verir ki, Suriya Prezidenti Əhməd Əl-Şaara beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünə qarşı məsuliyyətli davranmağa və Təl-Əvivi 1974-cü il müqaviləsinə qayıtmağa təzyiq etməyə çağırıb.
"Beynəlxalq ictimaiyyəti torpaqlarımıza və ərazilərimizə raket zərbələri endirən İsrailin bütün növ təcavüzlərinə qarşı məsuliyyətli davranmağa çağırıram. 1974-cü il razılaşmasına qayıtmaq lazımdır", - deyə Yunan Kiprində Aİ-nin qeyri-rəsmi görüşündə iştirak edən Əl-Şaara jurnalistlərə açıqlamasında bildirib.
O, Suriyanın sabitliyini daha geniş regional və Avropa təhlükəsizliyi ilə əlaqələndirərək, artan geosiyasi və iqtisadi çətinliklər fonunda Dəməşq və Avropa arasında daha güclü əməkdaşlığın zəruri olduğunu söyləyib.
"Bilirik ki, Avropanın Suriyaya, Suriyanın Avropaya ehtiyacı var. Bu, dünyada təhlükəsizliyi və təchizat zəngirini təmin etmək üçün zəruridir", - deyə Suriyanın Prezidenti vurğulayıb.
Əl-Şaraa, həmçinin bildirib ki, Avropanın Suriyanın sabitliyi və təhlükəsizliyinə dəstəyi İsrailin Suriya ərazilərinə hücumlarına son qoya bilər.
Suriyanın dövlət rəhbəri, eyni zamanda Avropa ilə daha dərin münasibətlərin qurulmasının vacibliyini vurğulayaraq, Aİ-nin Kiprdə baş tutan qeyri-rəsmi görüşünü yüksək qiymətləndirib və bu görüşün Suriyanın Avropa ilə strateji inteqrasiyasının və daha geniş regional əməkdaşlığın inkişafına müsbət təsir edəcəyini bildirib.