Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin sağlamlıq vəziyyəti və son açıqlamalarından sonra onun əmlakları və sərvəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
“Qafqazinfo”nun məlumatına görə, “İmperator” son günlərdə keçirdiyi öd kisəsi əməliyyatından sonra xəstəxanadan çıxaraq, media qarşısında vəsiyyət və ailə münasibətləri barədə danışıb.
Onun açıqlamaları sosial mediada geniş rezonans doğurub.
Bunun ardınca yayılan sərvət siyahısı ictimai müzakirələrə səbəb olub. Bildirilir ki, Tatlısəsin aşağıdakı mülkləri var:
- Seyrantepedə 32 mənzil və 4 mağaza,
- Fikirtepedə 4 mənzil,
- İstanbulun müxtəlif rayonlarında 5 mənzil,
- Şanlıurfa və Kuşadasında torpaq sahələri,
- İzmirdə 5 lüks mənzil,
- Bodrumda 12 villa və geniş torpaq sahəsi.
Məsələ ilə bağlı açıqlama verən Tuğçe Korkmaz yayılan məlumatların tam və dəqiq olmadığını bildirib. O qeyd edib ki, siyahıda göstərilənlər real vəziyyəti tam əks etdirmir.
Korkmazın sözlərinə görə, sənətçinin bəzi əmlakları siyahıda göstərilməyib: “Onun avtomobilləri, saatları və hotelləri bu siyahıya daxil edilməyib”.
Tuğçe Korkmaz həmçinin sənətçi ilə münasibətlərinə dair yayılan şayiələri də rədd edib və onların yalnız peşəkar münasibətə sahib olduqlarını bildirib.
"Cebheinfo.az"