EN

Süni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEO

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.

Moderator.az "XÉ™zÉ™r" TV-yÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, 85 nömrÉ™li marÅŸrut xÉ™tti üzrÉ™ hÉ™rÉ™kÉ™t edÉ™n sürücülÉ™rin sözlÉ™rinÉ™ görÉ™, yolun sol tÉ™rÉ™findÉ™ qanuni parklanma yeri olmasına baxmayaraq, sürücülÉ™r maşınlarını yolun hÉ™r iki tÉ™rÉ™findÉ™ saxlayırlar. Bu isÉ™ yolun daralmasına vÉ™ günün istÉ™nilÉ™n saatında süni sıxlığın yaranmasına sÉ™bÉ™b olur.

 

 

Müşahidələr göstərir ki, yolun sağ tərəfində dayanma və durmanı qadağan edən nişanın olmaması sürücülərin bu ərazini "parklanma yeri" kimi istifadə etməsinə şərait yaradır. İctimai nəqliyyat vasitələri isə daralmış yolda hərəkət etməkdə çətinlik çəkir, nəticədə sərnişinlər vaxt itkisi ilə üzləşirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan verilən məlumata görə, yolun sağ tərəfində aidiyyəti qurumlarla razılaşdırılmaqla, dayanma və durmanı qadağan edən nişanların quraşdırılması məsələsinə baxılır.

Chosen
113
10
moderator.az

10Sources