EN

İran aprelin 25 dən beynəlxalq uçuşları bərpa edəcək

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

İran aprelin 25-də Tehrandakı İmam Xomeyni adına Aeroportdan beynəlxalq uçuşları bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu agentliyinə hava limanının direktoru Ramin Kaşif Azar bildirib. Onun sözlərinə görə, şənbə günü İran paytaxtının hava limanından Türkiyənin İstanbul və Omanın Maskat şəhərlərinə uçuşlar həyata keçiriləcək. Həmin tarixdən etibarən bu istiqamətlərə gediş-dönüş uçuşları başlayacaq və tədricən digər beynəlxalq marşrutlara da icazələr veriləcək. “Bütün infrastruktur və naviqasiya sistemləri tam işlək vəziyyətdədir və uçuş əməliyyatlarının həyata keçirilməsində heç bir problem yoxdur”, - deyə aeroportun direktoru əlavə edib.

Xatırladaq ki, İran fevralın 28-dən bəri hava məkanını ilk dəfə aprelin 18-də mülkü aviasiya üçün qismən açıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

7Sources