EN

Qlobal silahlanmaya 2025 ci ildə 700 milyard dollardan çox investisiya qoyulub

ain.az, Azertag saytına istinadən bildirir.

Paris, 24 aprel, AZƏRTAC

Beynəlxalq gərginliklərin təsiri altında nüvə silahlarının istehsalına şəxsi investisiyalar əhəmiyyətli dərəcədə artıb. Son iki ildə bu istiqamətə 700 milyard dollardan çox vəsait yönəldilib, QHT-lər isə bu istiqamətdə riskinin yüksəldiyi barədə xəbərdarlıq edir.

AZƏRTAC xəbər verir ki, silahlanma yarışı sürətlənir. Beynəlxalq gərginliklərin təsiri ilə nüvə silahlarının istehsalına şəxsi investisiyalar yenidən artmağa başlayıb. ICAN (Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniya) və Pax QHT-lərinin aprelin 24-də yayımladığı hesabata görə, 2023-cü ildən 2025-ci ilin sentyabrına qədər sektora 700 milyard dollardan çox investisiya qoyulub. BFM tərəfindən yayılan araşdırmaya görə, hazırda 301 maliyyə qurumu – banklar, pensiya fondları və sığorta şirkətləri – nüvə arsenalının istehsalı və modernləşdirilməsi ilə məşğul olan qruplarda pay sahibi olmaqda və ya onları maliyyələşdirməkdədir.

QHT-lər, nüvə silahına malik olan doqquz ölkə - ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya - arsenalını modernləşdirərkən qlobal silahlanma dinamikasına diqqət çəkir. Bu sənaye qruplarına “Lockheed Martin”, “Northrop Grumman” və “BAE Systems” kimi şirkətlər daxildir. Maliyyə sahəsində əsas oyunçular ABŞ nəhəngləri – “Vanguard”, “BlackRock” və “JPMorgan Chase” kimi qurumlar hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
114
azertag.az

1Sources